Haqqımızda

EDU.Co Şirkəti məktəbəqədər təhsil, uşaq inkişafı və idarəetmə sahəsindəki uzun müddətli təcrübənin nəticəsində 2015 – ci ildə yaradılmış təhsil və uşaq inkişafı istiqamətində idarəetmə üzrə məsləhət və menecment xidməti verən və müxtəlif həllər təklif edən bir şirkətdir. Şirkət fəaliyyəti müddətində biznesin təşkili və idarəedilməsi nəzəriyyələri və təcrübələrindən istifadə edərək təhsil və uşaq inkişafı müəssisələrinin qurulması və idarəedilməsi istiqamətində cəmiyyətimizə öz töhfələrini vermişdir.

Şirkətin biznes portfelinə 13 özəl uşaq bağçasının, 3 uşaq inkişafı mərkəzinin və 2 şagird tədris – inkişaf mərkəzinin layihələndirilməsi və qurulması, hazırda isə 6 özəl uşaq bağçasının, 2 şagird tədris – inkişaf mərkəzinin və 1 uşaq inkişaf mərkəzinin idarəedilməsi daxildir. Həmçinin 2 özəl uşaq bağçasına fəaliyyətinin daha da inkişafı üçün konsaltinq xidməti göstərilir.

Şirkətin məktəbəqədər təhsil, uşaq inkişafı və idarəetmək sahəsində yerli və beynəlxalq bir çox şirkətlərlə əməkdaşlıq edir və bu əməkdaşlıq sayəsində şirkət bu sahədəki biznes layihələri uğurla icra edə bilir. Həmçinin şirkət bir çox biznes layihələrində “açar təslim” işlər görür və investorlar üçün hazır bizneslər yaradır.

Şirkət layihələri düzgün və vaxtında təhvil vermək və idarəetmək üçün yüksək peşəkarlığa sahib idarəçilərdən ibarət komandaya sahibdir. Həmin komandaya təhsil mütəxəssisləri, biznes inkişaf mütəxəssisləri, insan resursları idarəetməsi mütəxəssisləri, uşaq inkişaf mütəxəssisləri, sağlamlıq və qidalanma mütəxəssisləri, maliyyə idarəetməsi mütəxəssisləri, media mütəxəssislər, dizaynerlər, memarlar və peşəkar idarəçilər daxildir.

Şirkət təhsil müəssisələrinin qurulması, təhsil işçilərinin inkişafı, təhsil müəssisələrinin inkişafı, təhsil müəssisələrinin idarəedilməsi, təhsil müəssisələrinin təchizatı (sifarişi) və təhsil müəssisələri üçün innovativ həllər hazırlanması ilə bağlı xidmətlər olmaqla 6 istiqamət üzrə xidmət göstərir.

Şirkət Türkiyə, Belarusiya və Rusiya respublikalarının məktəbəqədər təhsil və uşaq inkişafı üzrə avadanlıqlar və ləvazimatlar istehsal edən müəssisələrinin partnyorudur. Həmçinin şirkət təhsil müəssisələr üzrə mebel avadanlıqlarının modelləşdirilməsini və istehsalını həyata keçirir.

Viziyon və Missiyamız:

Şirkətimizin viziyonu “Uşaqlara Özlərini Xoşbəxt və Fərdi Hiss Etdirən Bir Təhsil Müəssisəsi”ləri yaratmaq və bu müəssisələrin sayını respublika səviyyəsində artırmaqdır.

Şirkətimizin missiyası uşaqların akademik, fiziki, emosional – sosial, nitq və mədəni – estetik istiqamətdə inkişafını təmin edən, onların bu istiqamətdə bilik və bacarıqlara yiyələnməsinə nail olan, uşaqların özünəqulluq vərdişlərinə və zəngin dünyagörüşünə yiyələnməsi üçün müxtəlif tədbirlər həyata keçirən, uşaqların milli, mənəvi, əxlaqi, mədəni və dünyəvi dəyərlərə bağlılığının artırılması məqsədilə müxtəlif fəaliyyətlər təşkil edən, uşaqların tərbiyəsi zamanı onların məsuliyyətli, dürüst, nəcib, diqqətli, hörmətcil və səliqəli olmasına çalışan, uşaq hüquqlarının və uşaqların maraqlarının ən yüksək səviyyədə təmin olunmasına çalışan, işçilərinin hüquqlarını qoruyan, onların sahə üzrə bilik və bacarıqlarını davamlı artıran, onların inkişafına çalışan və gözləntilərini təmin edən, keyfiyyətin yüksək səviyyədə saxlanılması üçün beynəlxalq və yerli standartların tətbiq olunmasına xüsusi diqqət yetirən, valideynləri uşaq inkişafı və təlim – tərbiyə işinə yaxından cəlb edən, onların istək və arzularını yüksək səviyyədə təmin edən və valideynlərin uşaq inkişafı üzrə maarifləndirilməsinə çalışan təhsil və uşaq inkişafı ilə məşğul olan müəssisələrin sayını artırmaqdır.

Biz işlərimizdə əsas 3 dəyərə diqqət yetiririk:

Müştərilər: Şirkət müştərilərini partnyor olaraq görür və inkişafın ancaq bir yerdə mümkun olacağına inanır. Ona görə də şirkətimiz müştəri gözləntilərini peşəkarlıqla dəyərləndirir və bu gözləntiyə uyğun icra həyata keçirir.

İnsan Resursları: Şirkətimiz “Məmnun İşçi, Məmnun Müştəri” prinsipinə inanır, ona görə də işçilərin motivasiyasını, maddi – mənəvi inkişafını yüksək saxlanılması üçün kompleks tədbirlər həyata keçirir.

Keyfiyyət Standartları: Biz müştərilərimizə keyfiyyətli məhsul və xidməti vaxtında verdiyimiz müddətcə məqsədimizə çatacağımıza inanırıq. Ona görə də keyfiyyətdə heç vaxt güzəştə getmirik və keyfiyyət standartlarını hər işimizdə qoruyuruq.

PreMark Şirkəti

İmDesing Şirkəti

Abacus Accounting & Consulting Şirkəti

PAOS Pest Control Şirkəti

EDUMART Şirkəti

BGroup Şirkəti

İmPrint Şirkəti

Mebel Avadanlıqlarının Hazırlanması

Mətbəx Avadanlıqlarının Sifarişi və Çatdırılması

Texniki Avadanlıqların Sifarişi və Çatdırılması

Qida Məhsullarının Sifarişi və Çatdırılması

Təsərrüfat – Təmizlik Mallarının Sifarişi və Çatdırılması

Park – Həyətyanı Sahə Avadanlıqlarının Sifarişi və Çatdırılması

Dəftərxana və Məktəb Ləvazimatlarının Sifarişi və Çatdıırılması

Didaktik Vəsaitlər və Oyuncaqların Sifarişi və Çatdırılması

Fiziki İnkişaf Avadanlıqlarının Sifarişi və Çatdırılması

Yer Örtükləri və Aksesuarların Sifarişi və Çatdırılması

Tekstil Məhsullarının (Yataq Dəsti, Pərdə və s.) Sifarişi və Çatdırılması

  • Mary Poppins Uşaq İnkişaf Klubu
  • Albalı Uşaq Bağçası
  • İnci Uşaq Bağçası
  • Sehirli Dayə Uşaq Bağçası
  • Baby Star Uşaq Bağçası
  • Yuvam Uşaq Bağçası
  • İndigo Uşaq Bağçası \ Əhmədli
  • Peter Pan Uşaq Bağçası
  • Kinder İsland Uşaq Bağçası
  • Yeni Nəsil Uşaq Bağçası
  • Yaşıl Ada Uşaq Bağçası
  • İndigo Uşaq Bağçası \ Qarayev
  • İndigo Uşaq Bağçası \ Special
  • Mini Lisey Tədris Mərkəzi
  • Məktəbli Klubu