Layihələr

 

LogicArt Zəka İnkişafı Proqramı

Şirkət uşaqların zəkasının və məntiqi düşüncə tərzinin inkişafı məqsədi ilə xüsusi tədris proqramı əsasında LogicArt – Məntiq Sənəti adlı proqramını həyata keçirir. Tədris xüsusi zəka və məntiq oyuncaqları əsasında icra olunur. Bu oyuncaqların da satışı şirkət tərəfindən təşkil olunur və birbaşa istədiyiniz ünvana çatdırılır.

Master Tərbiyəçi Proqramı

Proqramın Öyrənmə Prosesi 2 Ayı Əhatə Edəcək. Proqramın Təcrübə Prosesi isə 1 Ayı Əhatə Edəcək. Proqrama Öyrənmə Prosesi olmaqla 6 master klass, 6 seminar, 6 təlimdə iştirak, Təcrübə Prosesi olmaqla 6 özəl bağçada 6 məşğələdə iştirak və 6 açıq dərs vermək və proqramın yekununda keçiriləcək imtahandan ən yüksək nəticə göstərən 3 nəfərlə 1 illik İş Müqaviləsi imzalanması daxildir.

Master Dayə Kursu

Kurs 5 Günü (30 Saat) Əhatə Edəcək. Kursa 3 təlim, 4 master klass, 7 seminar və kursun yekununda keçiriləcək imtahandan ən yüksək nəticə göstərən 3 nəfərlə 1 illik İş Müqaviləsi imzalanması daxildir.

Master Pre-School Kursu

Bağça idarəçiliyində iştirk edən rəhbər heyətin bilik və bacarıqarının artırılması məqsədilə 7 istiqamət – Layihə İdarəetməsi, İnsan Resursları İdarəedilməsi, Marketinq Manacement, Maliyyə İdarəetməsi, İctiamiyyətlə Əlaqələrin İdarəetməsi, Pedaqoji İdarəetmə və Şəxsi İnkişaf üzrə praktiki təlimlərin keçirilir. Təlimlər sahəsinin peşəkarı olan təlimçilər tərəfindən təşkil edilir və toplamda 96 saatlıq müddəti əhatə edir.

Bagcam.az Təhsil Portalı

Məktəbəqədər təhsil və uşaq inkişaf müəssisələrinin tanıtımı və ictiamaiyyətlə əlaqələrinin qurulması üçün təhsil portalına üzvlük təklif olunur. Bu portal valideynlər – təhsil mütəxəssisləri – təhsil müəssisələrini birləşdirən bir platformadır və müəssisələrin tanıtımı üçün bərabər imkanlar təmin edir.

 

EFP – Məktəbəqədər Üçün Hər Şey

Şirkət EFP brendi altında məktəbəqədər təhsil və uşaq inkişafı müəssisələrində istifadə olunan hər növ məhsulun satışını təşkil edir. Bu məhsullara Məktəbəqədər Siniflər üçün Mebellər, Maraq və Oyun Guşələri, Fiziki İnkişaf və İdman Avadanlıqları, Öyrədici Oyuncaqlar – Didaktik Materiallar, Yazı Taxtaları və Panolar, Aksesuarlar – Çəpərlər – Güzgülər, Kostyum və Önlüklər, Reabilitasiya Avadanlıqları, Daxili və Xarici Oyun Dəstləri və digərləri daxildir.

Pro-Kids Bağça İdarəetmə Sistemi

Müasir dünyanın müəssisələr qarşısına çıxardığı reallıqlardan biri də müasir informasiya texnologiyaları və onlardan istifadədir. Bu texnologiyalar işlərin effektivliyini artırır, zaman və resurs idarəedilməsini asanlaşdırır, hesabatlılıq və monitorinq imkanını genişləndirir və müəssisənin məhsuldarlığına müsbət töhfələr verir. Şirkət ProKids məhsulu vasitəsilə məktəbəqədər təhsil və uşaq inkişafı müəssisələrində informasiya idarəedilməsini həyata keçirir və müəssisəyə geniş idarəetmə imkanları verir.

Əlaqə Vasitələri

Ünvan: Nərimanov ray., Əhməd Rəcəbli küç., 23A

Tel: +994 12 5644766

Mob: +994 70 2645012

Web: www.edu.co

Email: info@edu.co